1
00:00:00,000 --> 00:00:19,260
Uca Rəbbimiz Quranın bir çox ayəsində insanları düşünməyə dəvət etmişdi.

2
00:00:19,260 --> 00:00:35,220
Düşünmək, xüsusilə dərin düşünmək, insanın aləmləri yoxdan var edən, sonsuz güc sahibi Uca Allaha təqdir edə bilmə gücünü, qavrayışını, dolayısilə Allah qorxusunu və Allah olan yaxınlığını artıran ən mühüm vasitələrdən biridir.

3
00:00:35,680 --> 00:00:40,620
Allah Quranın bir neçə ayəsində düşünüb ibrət götürməyəcəksinizmi?

4
00:00:40,620 --> 00:00:50,840
Düşünən insanlar üçün dəlillər vardır, ifadələri ilə düşünməyin əhəmiyyətini xəbər vermiş və üzərində düşünməyimiz üçün bir çox dəlillər yaratmışdı.

5
00:00:51,800 --> 00:00:55,560
Gördüyümüz, ətrafımızda olan hər şey Allahın təcəllisidir.

6
00:00:56,120 --> 00:01:03,360
Bu səbəbdən göylərdə, yerdə və bunların arasında var olan hər şey insanın düşünməsi üçün mühüm vasitədir.

7
00:01:03,840 --> 00:01:05,340
Bir ayədə belə buyurulur.

8
00:01:05,760 --> 00:01:08,000
Qovulmuş şeytana Rəbbimə sanıram.

9
00:01:08,000 --> 00:01:16,120
Allah onunla sizin üçün dənli bitkilər, zeytin, hurma, üzüm və başqa meyvələrin hamısından yetişdirdi.

10
00:01:16,880 --> 00:01:20,480
Həqiqətən, bunda anlayan adamlar üçün dəlillər vardır.

11
00:01:21,320 --> 00:01:37,180
İnsanlar hər gün bir çox mövzu haqqında düşünürlər, ancaq bu düşüncələrin böyük qismi ahirətləri üçün faydalı olmayacaq, boş və gərəksiz, insan üçün heç bir nəticəsi olmayan, insana heç bir şey qazandırmayan yararsız düşüncələrdə.

12
00:01:37,180 --> 00:01:46,500
Halbuki, önəmli olan insanın həyatının hər anında hadisələrin səbəblərini, hikmətlərini araşdıraraq dərin düşünməsidir.

13
00:01:46,500 --> 00:01:55,260
Dərin düşünməyi bacaran bir insan hər hansı bir meyvə, məsələn, bir portaqal yiyərkən belə bu meyvə haqqında təfəkkür edər.

14
00:01:55,680 --> 00:02:03,020
Portaqalın quru bir torpaqdan bu qədər ləzzətli və sulu bir meyvə olaraq, həm də dilimlənmiş bir şəkildə çıxdığını,

15
00:02:03,020 --> 00:02:12,900
insanın ehtiyac duyduğu vitaminlərlə zəngin olduğunu və xüsusilə insanların bu vitaminlərə ehtiyac duyduğu qış fəslində yetişdiyini düşünər.

16
00:02:12,900 --> 00:02:24,800
Bu şəkildə dərin düşünən bir mömin, ətrafındakı hər incəlikdə Allahın qüdrətini və sənətini görər, onu zikr edər və özünü Allaha yaxınlaşdıracaq yollar axtarar.

17
00:02:25,420 --> 00:02:28,880
Möminlərin bu xüsusiyyətləri Quranda belə xəbər verilir.

18
00:02:29,580 --> 00:02:31,500
Qovulmuş şeytana Rəbbimə sığınıram.

19
00:02:32,120 --> 00:02:41,300
O kəslər ki, aya üstü olanda da, oturanda da, uzananda da Allahı yad edir, göylərin və yerin yaradılması haqqında düşünür və deyirlər,

20
00:02:41,300 --> 00:02:48,360
Ey Rəbbimiz, sən bunları əbəs yerə xəliq etməmizsən, sən pak və müqəddəssən, bizi odun əzabından qoru.

